Gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdama getdi

Gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdama getdi

Hazırda oxunan: Gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdama getdi
32674
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllülərin Ağdama səfəri başlayıb.

Bizim.Media xəbər verir ki, qonaqları Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər çərçivəsində ilk olaraq Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsinə ziyarət təşkil olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağdam rayonu üzrə nümayəndəsi Mirzə Cavadov qonaqlara ətraflı məlumat verib, onlara Mehdiqulu xanın və Xurşidbanu Natəvanın məzarlarını göstərib. Eyni zamanda abidənin və məzarların ermənilər tərəfindən dağıdıldığı qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO