Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI

Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI

Hazırda oxunan: Bakının bu küçə və prospektlərində tıxac var - SİYAHI
30433
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının əsas küçə və prospektlərində tıxac müşahidə edilir.

Bu barədə Bizim.Media-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca), 20 Yanvar dairəsi adlanan istiqamətdə çox güclü sıxlıq müşahidə olunur.

Eyni zamanda Afiyəddin Cəlilov küçəsi - (Fəzayıl Bayramov küçəsi ilə kəsişmədən, Cavanşir körpüsünün üzəri istiqamətində), Yavər Əliyev küçəsi - (Aeroport şosesinə çıxan yol), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Binəqədi şosesi – (Əsasən, Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində), Ziya Bünyadov prospekti - əsas yol - (Əsasən, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq, 20 Yanvar dairəsi istiqamətində), Koroğlu Rəhimov küçəsi - (Təbriz küçəsi ilə kəsişmə olan hissəsindən başlayaraq, Akademik Həsən Əliyev küçəsi istiqamətində) sıxlıq müşahidə edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO