Lider TV-nin kreditorlarının yığıncağı keçiriləcək

Lider TV-nin kreditorlarının yığıncağı keçiriləcək

Hazırda oxunan: Lider TV-nin kreditorlarının yığıncağı keçiriləcək
27034
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İyulun 22-də, saat 11:00-da müflis elan edilmiş “Lider TV və Radio - Azərbaycan” MMC-nin kreditorlarının ilkin yığıncağı keçiriləcək.

Bizim.Media xəbər verir ki, yığıncaq şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 83/23 ünvanında olacaq.

Kreditorlar 2 ay ərzində qeyd olunan ünvana müraciət edərək tələblərini irəli sürə bilərlər. Telefon: (012) 497-61-58; (012) 497-88-99 (daxili: 111).

Xatırladaq ki, “Lider TV və Radio-Azərbaycan” Bakı Kommersiya Məhkəməsinin 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə müflis elan olunub, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirli yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasov onun əmlak inzibatçısı təyin edilib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO