Göygöldə 26 yaşlı qadın sevgilisini yaba ilə döydü

Göygöldə 26 yaşlı qadın sevgilisini yaba ilə döydü

Hazırda oxunan: Göygöldə 26 yaşlı qadın sevgilisini yaba ilə döydü
269809
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Göygöl rayonunda kişi sevgilisi tərəfindən döyülüb.

Bizim.Media xəbər verir ki, hadisə Göygöl şəhərinin Xəqani küçəsində baş verib.

Rayon sakini Anar Azadov (soyadı şərtidir) həmin ünvanda yaşayan, bir uşaq anası, həyat yoldaşından boşanmış 1999-cu il təvəllüdlü Zərnitac Bilalova (soyadı şərtidir) ilə tanış olub və üç il ərzində onunla sevgi münasibəti yaşayıb. Lakin münasibətlərdə yaranan mübahisələrdən sonra Zərnitac Anardan ayrılıb.

Bir neçə gün öncə Anar yenidən həmin küçəyə gedərək Zərnitacın uşağını görmək istəyib. O, maşınını qadının evinin qarşısında saxlayaraq həyətə daxil olmaq istəyib. Bu zaman Zərnitac onun avtomobilini daşla zədələyib. Hadisədən əsəbiləşən Anar avtomobildən düşərək qadının üstünə gedib və onu boğmağa cəhd edib. Zərnitac onun əlindən çıxaraq həyətə girib, oradan ot yabası götürüb və Anara tərəf hücum edib.

Qadın sevgilisinin qarın nahiyəsinə zərbə endirməyə çalışsa da, Anar buna mane olub. Ardınca Zərnitac yaba ilə onun başına vuraraq yerə yıxıb. Daha sonra o, həm yaba, həm də daşla Anara xəsarətlər yetirib.

Hadisə yerinə çağırılan polis əməkdaşları tərəfindən fakt üzrə cinayət işi başlanıb və məhkəməyə göndərilib.

Göygöl Rayon Məhkəməsinin hökmü ilə Zərnitac Bilalovaya 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. (Oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO