“Azəriqaz”ın rəhbəri xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

“Azəriqaz”ın rəhbəri xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

Hazırda oxunan: “Azəriqaz”ın rəhbəri xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR
269719
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov xəstəxanaya yerləşdirilib.

Bizim.Media “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, ötən ay onun səhhətində qəfil problemlər yaranıb.

Məlumata görə, A.Məmmədov xəstəxanaya müraciət edib və onun vəziyyətinin ağır olduğu bildirilib. O, bir müddətdir xəstəxanaya yerləşdirilib.
 

Qeyd edək ki, A.Məmmədov ötən ilin martında “Azəriqaz”ın baş direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl baş direktorun müavini, 2023-cü ilin mart ayına qədər isə “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.


Əvvəllər isə “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013) vəzifələrində işləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO