Gözəllikdə gizlənən RİSK – Dırnaq geli ilə bağlı QORXUNC TƏHLÜKƏ

Gözəllikdə gizlənən RİSK – Dırnaq geli ilə bağlı QORXUNC TƏHLÜKƏ

Hazırda oxunan: Gözəllikdə gizlənən RİSK – Dırnaq geli ilə bağlı QORXUNC TƏHLÜKƏ
269052
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son günlərdə gözəllik sahəsində ən çox müzakirə olunan mövzulardan biri dırnaq gellərində istifadə olunan TPO (Triphenyl Phosphine Oxide) maddəsinin Avropa Birliyi tərəfindən qadağan olunmasıdır.

Qadağaya səbəb gelin tərkibində trimetilbenzoil-difenilfosfin-oksidin olmasıdır.

Bu tərkib xərçəngin yaranmasına gətirib çıxarır, şüa altında quruyan, dırnağa parlaqlıq verən kimyəvi maddnin dırnaq sədəfində infeksiyaların yaranmasına da səbəb ola biləcəyi istisna edilmir.

Bu qərar həm kosmetoloqlar, həm də müştərilər arasında suallar yaradıb. Çünki Azərbaycanda da dırnaqlarını qalıcı boya ilə boyamaq kütləvi hal alıb. Qadınlar 20-30 gün qaldığı üçün davamlı bu geldən istifadə edirlər. 

Bəs sağlamlıq riskləri nəzərə alınaraq ölkəmizdə qadağan oluna bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan kosmetoloq Aydan Məmmədova deyib ki, həssas dəriyə malik insanlar daha diqqətli olmalıdırlar:

“TPO lampalar altında bərkimə prosesini sürətləndirmək üçün istifadə olunan bir fotoinisiatordur. Yəni dırnaq gellərinin tez qurumasına və möhkəm olmasına şərait yaradır. Lakin son araşdırmalar göstərir ki, TPO yüksək konsentrasiyada istifadə edildikdə dəriyə allergik reaksiyalar, qıcıqlanma və hətta uzunmüddətli sağlamlıq riskləri yarada bilər”.

Kosmetoloq həssas dəriyə malik xanımlara alternativ olaraq bio-gellər və hipoallergen məhsullardan istifadə etməyi tövsiyə edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO