Bakının bəzi küçələri bağlanır - SƏBƏB

Bakının bəzi küçələri bağlanır - SƏBƏB

Hazırda oxunan: Bakının bəzi küçələri bağlanır - SƏBƏB
267961
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 31-i saat 23:00-dan etibarən Fikrət Əmirov küçəsinin Xəqani və Nizami küçələri aralığındakı hissəsi vətəndaşların istifadəsi üçün yerüstü piyada keçidinin quraşdırılması işləri ilə əlaqədar Bakıdakı Formula 1 yarışları bitənədək nəqliyyata bağlı olacaq.

Bakı Şəhər Halqasından Bizim.Media-ya verilən məlumata görə, ərazidə yerləşən velosiped zolaqları isə işlək olacaq.
 

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək “Formula 1” Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır.


Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər nəzərdə tutulur.

Sürücülərdən və piyadalardan hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO