Dostunu öldürən şəxsə AĞIR CƏZA verildi - VİDEO

Dostunu öldürən şəxsə AĞIR CƏZA verildi - VİDEO

Hazırda oxunan: Dostunu öldürən şəxsə AĞIR CƏZA verildi - VİDEO
265557
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2024-cü il avqustun 4-də Nərimanov rayonunda yerləşən mənzildə 51 yaşlı Ülvi Qasımovun üzərində bıçaq xəsarətləri olan meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə iş başlanılıb. İstintaqla müəyyən edilib ki, hadisə baş verən gecə Qasımovla kirayədə qaldığı Hikmət Muxtarov spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə düşüb.

Qasımov nalayiq ifadələr işlədib və Muxtarov onu bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra o, meyitin fotosunu çəkərək tanışlarına göndərib və könüllü şəkildə polisə təslim olub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Qasımovun ölümünə qaraciyər zədələnməsi və qanitirmə səbəb olub. Onun qanında 0.8% etil spirti aşkarlanıb.

Qeyd edək ki, 35 yaşlı Hikmət Muxtarov əvvəllər də məhkum olunub. Hadisəni törətdiyini etiraf etsə də, məhkəmədə peşman olmadığını bildirib. Məhkəmə əməlində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsinin tərkibini görərək, Hikmət Muxtarovu 16 il müddətinə azadlıqdan məhrum edib.

Ətraflı Baku TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO