Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB

Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB

Hazırda oxunan: Özəlləşdirmə çeklərinə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB
265477
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompensasiya məsələsi gündəmə gətirilib. İddia olunur ki, vətəndaşlar əllərində olan vauçerlərə (dövlət özəlləşdirmə paylarına) görə pul ala bilərlər.

Bizim.Media xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Mətbuat.az-a bildirilib ki, həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır.

ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO