Azərbaycana evlənmək üçün gəldi - HƏBS EDİLDİ

Azərbaycana evlənmək üçün gəldi - HƏBS EDİLDİ

Hazırda oxunan: Azərbaycana evlənmək üçün gəldi - HƏBS EDİLDİ
262640
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyədən Azərbaycana evlənmək məqsədilə gələn şəxs sərhəddə yaxalanıb.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, 1996-cı ildə Türkiyənin Iğdır şəhərində anadan olmuş Mehmet Bandalı ölkəsində qan davalarının olması və azərbaycanlı qadınla ailə qurmaq məqsədilə 2025-ci ildə Azərbaycana gəlmək istəyib.
 

Amma onun pasportu olmadığından İstanbulda tanımadığı bir nəfərə 5 min türk lirəsi verib, saxta anket məlumatı ilə özünə pasport düzəltdirib. O, aprelin 4-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin "Sədərək" sərhəd nəzarəti məntəqəsinə gəlib, saxta pasportla Türkiyədən Azərbaycana keçməyə cəhd edərkən DSX əməkdaşları tərəfindən saxlanılıb.


Faktla bağlı cinayət işi başlanıb və iş Sədərək Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə M.Bandalı 11 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO