Növbəti tədris ilində dərslər hansı qaydada keçiriləcək? - AÇIQLAMA 

Hazırda oxunan: Növbəti tədris ilində dərslər hansı qaydada keçiriləcək? - AÇIQLAMA 

26036

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva növbəti tədris ilində dərslərin onlayn və ya əyani qaydada keçirilməsi məsələsinə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, M.Vəliyeva jurnalistlərə açıqlamasında bildirib ki, indidən bu məsələ barədə dəqiq fikir söyləmək çətindir.  

Onun sözlərinə görə, tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur: 

M.Vəliyeva bildirib ki, bütün hallarda bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq:  

"Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə geri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyadan keçməsi çox vacib şərtdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin