Narazı tələbələrə 2 gün möhlət verildi

Narazı tələbələrə 2 gün möhlət verildi

Hazırda oxunan: Narazı tələbələrə 2 gün möhlət verildi
258840
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkədə xaricdə təhsil alan tələbələrin köçürülməsi məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyənlərlə bağlı müraciət vaxtının elan olunandan tez bitməsi ilə bağlı iddialar yayılıb.

Bizim.Media xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi çoxsaylı müraciətləri nəzərə alıb müraciət tarixini artırıb.

“Köçürülmə (transfer) məqsədilə qismən akademik tanınma şəhadətnaməsini əldə etmək istəyən vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq qismən akademik şəhadətnamə əldə etmək üçün müraciət tarixi 09.07.2025-ci il tarixi, saat 12:00-a qədər uzadılıb”, - agentliyin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, ötən ay xarici universitetlərdən Azərbaycana köçürülmək istəyən tələbələr “Qafqazinfo”ya müraciət edərək imtahan nəticələrinin təqdim edilməsi ilə bağlı 30 iyun tarixinə qədər vaxt qoyulmasının onları çətin vəziyyətdə qoyduğunu, həmin vaxtın uzadılmasını istəyirdilər. Tələbələrin müraciətləri nərəzə alınaraq həmin tarix iyulun 7-dək uzadılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO