Cərrah: 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri POZULMAYIB

Cərrah: 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri POZULMAYIB

Hazırda oxunan: Cərrah: 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələbləri POZULMAYIB
258266
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beyin cərrahı Pərvin Mirzəliyev 32 saatlıq əməliyyatda heç bir tibbi protokolun tələblərinin pozulmadığını deyib.

Bizim.Media report-a istinadən xəbər verir ki, cərrah sosial şəbəkədə "beynəlxalq tibbi protokollara əsasən ağır əməliyyat 12 saatdan artıq olmamalıdır" iradlarına münasibət bildirərkən qeyd edib ki, həmin əməliyyatda ölüm riski çox yüksək olub.

Onun sözlərinə görə, əməliyyata alınan 51 yaşlı sağ tərəfdə qanamış damar yumağı ilə “əməliyyat olunmazlar” siyahısına daxil olan pasiyent idi:

"Lakin ağır qanama səbəbindən vəziyyəti anidən pisləşdiyinə görə məcbur əməliyyat etməli olduq. Pasiyentin bütün ailə üzvləri həm rəsmi, həm də qeyri-rəsmi şəkildə bu barədə detallı məlumatlandırılıb".

P.Mirzəliyev əməliyyatı üç cərrahla birgə reallaşdırdığını qeyd edib:

"Əməliyyatın aparıcı cərrahı mən olsam da, prosesdə tək deyildim. Əməliyyatda 4 cərrah idik və proses 32 saatdan çox çəkib. Hər dörd-beş saatdan bir cərrahlar növbəli şəkildə yer dəyişib.


Yəni, həmin əməliyyatı fasiləsiz mən etməmişəm".

O, həmçinin əməliyyatın uzun çəkməsinin səbəbini də açıqlayıb:

"Əməliyyat zamanı qanaxma olub və pasiyentə 10-dan artıq qan köçürülüb. Hətta əməliyyat sırasında anestezioloqlar pasiyentin təzyiqinin normallaşması üçün fasilə edilməsini deyib. Bu kimi əməliyyatlar elə bil prosesdir ki, qanama riski çox yüksəkdir və heç bir halda əməliyyatı yarımçıq qoymaq mümkün deyil. Ona görə burada saatın heç bir önəmi yoxdur. Əsas nəticədir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO