Gənc qalmağın sirri soxulcanlarda imiş - YENİ KƏŞF

Gənc qalmağın sirri soxulcanlarda imiş - YENİ KƏŞF

Hazırda oxunan: Gənc qalmağın sirri soxulcanlarda imiş - YENİ KƏŞF
257484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Alman bioloqları soxulcanları tədqiq edərkən hüceyrə qocalmasının əsas mexanizmini aşkar ediblər.

Bizim.Media xəbər verir ki, "Nature Aging" elmi jurnalında dərc edilən tədqiqata görə, Maks Plank Yaşlanma Biologiyası İnstitutunun araşdırması TFEB zülalının orqanizmin qocalma və cavanlaşma proseslərində rolunu üzə çıxarıb.

Təcrübələr göstərib ki, TFEB geni “söndürülmüş” soxulcanlar bir müddət aclıqdan sonra sağalma qabiliyyətini itirirlər.

Onların hüceyrələri vaxtından əvvəl qocalmanın bütün əlamətlərini göstərir: zədələnmiş DNT, iltihab markerləri və oksidləşdirici stress.

Tədqiqatın rəhbəri, professor Adam Antebi bildirib ki, kəşf xüsusi əhəmiyyət kəsb edir. Aşkar edilən mexanizmlər məməlilərdəki qocalma proseslərinə bənzəyir. TFEB zülalı hüceyrələrin qida maddələrinə reaksiyasını və kök hüceyrələrin işini idarə edən bir növ "gənclik tənzimləyicisi" kimi çıxış edir.

Alimlər artıq bu modeldən qocalmanı geri qaytara biləcək birləşmələri axtarmaq üçün istifadə edirlər. Bu kəşf yaşla bağlı xəstəliklərin müalicəsində irəliləyişə səbəb ola və hətta xərçənglə mübarizəyə kömək edə bilər. (Publika.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO