Günəş xərçəngindən qorunma YOLLARI

Günəş xərçəngindən qorunma YOLLARI

Hazırda oxunan: Günəş xərçəngindən qorunma YOLLARI
254445
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illər günəş şüalarının dəriyə mənfi təsirləri ilə bağlı elmi araşdırmaların sayı artıb. Alimlər "günəş xərçəngi" kimi tanınan dəri xərçəngi növünün, xüsusilə ultrabənövşəyi (UV) şüalara uzun müddət məruz qalmaqla birbaşa əlaqəli olduğunu bildirirlər.

Bizim.Media xəbət verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) 2023-cü il hesabatında qeyd olunur ki, dəri xərçənginə yoluxma hallarının 80%-dən çoxu günəşin zərərli UVB və UVA şüalarına məruz qalma ilə bağlıdır.

Harvard Tibb Məktəbinin dermatoloqları tərəfindən aparılan tədqiqatda sübut olunub ki, günəş altında çox vaxt keçirmək dəridə hüceyrə mutasiyalarına səbəb olur. Bu isə əsasən bazal hüceyrəli, yastı hüceyrəli və melanom tipli dəri xərçəngi riskini artırır. Xüsusilə açıq dərili insanlar və uşaqlar daha həssas qrup hesab olunur.

Alimlərin tövsiyə etdiyi 3 əsas günəşdən qorunma üsulu var. Birincisi günəş kremlərindən istifadə, ikincisi isə11:00-dan 16:00-a qədər birbaşa günəşdən uzaq durmaqddır. Bundan əlavə üçüncü vacib şərt geyimləri doğru seçməkdir. Sydney Universitetinin araşdırmalarına əsasən, uzunqollu, sıx toxunmuş parçalardan hazırlanan geyimlər və geniş kənarlı papaqlar UV şüalarının dəriyə təsirini azaldır. UV qoruyuculu geyimlər də son illərdə təsdiqlənmiş effektiv müdafiə üsuludur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, günəşdən düzgün qorunmaq təkcə estetik deyil, eyni zamanda həyati əhəmiyyət daşıyan sağlamlıq məsələsidir. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO