Ağstafada DƏHŞƏT: Sahibkar çobanı oğurlayıb fermasında girov SAXLADI

Ağstafada DƏHŞƏT: Sahibkar çobanı oğurlayıb fermasında girov SAXLADI

Hazırda oxunan: Ağstafada DƏHŞƏT: Sahibkar çobanı oğurlayıb fermasında girov SAXLADI
250527
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağstafa rayonunda sahibkar çobanı oğurlayıb fermasında qanunsuz saxlayıb.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsində baş verib.
 

Etibar adlı şəxs Qazax rayonundan olan Yaşar adlı sahibkarı oğurlayıb fermasına gətirib və əvvəlcə ona ayda 180 manat əməkhaqqı verəcəyini deyib. Yaşar həmin məbləğlə razılaşıb və Etibar onu fermada hamam kimi istifadə olunan yarımtikilidə saxlayıb.


Bir müddətdən sonra Etibarın iki qoyunu ölüb. O, bu hadisənin səbəbini Yaşarda görüb və bundan sonra ona əməkhaqqı verməyib. Yaşar fermadan getmək istəsə də, Etibar onun getməsinə icazə verməyib. Sahibkar Yaşarın mobil telefonunu alıb qırıb, sənədlərini isə özündə saxlayıb.

Bu yolla Etibar Yaşarı 1 il 2 ay fermada saxlayaraq ona xüsusi əzab verib, döyüb, təhqir edib.

Şəraitdən bezən Yaşar başqa şəxsdən telefon alaraq Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub, fermada girov saxlanıldığını deyib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar azad edilib, fermer isə saxlanılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar 6 il azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO