Qax komandası intellektual məktəb çempionatının zona qalibi oldu - FOTO

Qax komandası intellektual məktəb çempionatının zona qalibi oldu - FOTO

Hazırda oxunan: Qax komandası intellektual məktəb çempionatının zona qalibi oldu - FOTO
250030
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki şəhər Uşaq-gənclər inkişaf mərkəzində baş tutan intellektual məktəb çempionatının zona mərhələsində 6 komanda mübarizə aparıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, şagirdlərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına dəstək vermək, analitik təfəkkürə malik, müxtəlif sahələrdə bilikləri ilə fərqlənən gəncləri aşkar etmək məqsədi ilə təşkil olunan belə yarışlara hər il maraq artır.

Ölkənin müxtəlif bölgələrindən olan ən güclü məktəb komandalarının müəyyənləşdirilməsi və şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi də çempionatın əsas hədəflərindəndir.

Belə ki, yekinda daha güclülər müəyyənləşir və onlar ölkəmizi dünya səviyyəli beynəlxalq bilik və intellektual yarışlarda təmsil edirlər.
 

Qeyd edək ki, maraqlı və gərgin mübarizə şəraitində keçən bilik yarışının yekununda Qax rayonunu təmsil edən komanda zona mərhələsinin qalibi adını qazanıb. Qalib komanda cari ilin avqust ayında Bakı şəhərində keçiriləcək breyn-rinq yarışında iştirak edəcək.


Çempionatın sonunda qalib komandaya medallar və kubok təqdim olunub.

Qax komandası intellektual məktəb çempionatının zona qalibi oldu - FOTO - foto 1
Qax komandası intellektual məktəb çempionatının zona qalibi oldu - FOTO - foto 2
Qax komandası intellektual məktəb çempionatının zona qalibi oldu - FOTO - foto 3
Qax komandası intellektual məktəb çempionatının zona qalibi oldu - FOTO - foto 4

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO