Sabirabadda körpü su altında qaldı, kəndlərlə əlaqə çətinləşdi

Sabirabadda körpü su altında qaldı, kəndlərlə əlaqə çətinləşdi

Hazırda oxunan: Sabirabadda körpü su altında qaldı, kəndlərlə əlaqə çətinləşdi
248420
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol


Sabirabad rayonunda panton körpünün quru hissəsi su altında qalıb, kəndlərə gediş-gəliş çətinləşib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Kür çayının rayonun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli qalxıb.
 

Nəticədə çayın Ulacalı kəndindən keçən hissəsində körpünün quru ilə əlaqəsi kəsilib.


Aramsız yağışlar nəticəsində Ulacalı, Qəzli, Quruzma, Kovlar və Yenikənd kəndlərinin sakinlərinin Bakı-Qazax magistral avtomobil yolundan istifadə etmələri çətinləşib.

Sakinlər bildirib ki, kəndlərə getmək üçün əlavə olaraq 15 km məsafə qət edərək Surra kəndində yerləşən körpüdən istifadə etmək məcburiyyətində qalırlar.

Gediş-gəlişin bərpa olunması üçün əraziyə texnikalar cəlb edilib, lazımi tədbirlər görülür.

Qeyd edək ki, Ulacalı və Quruzma kəndlərini birləşdirən körpü 2000-ci ildə istifadəyə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO