Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - FOTO

Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - FOTO

Hazırda oxunan: Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - FOTO
246695
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Ağdam rayonunun Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu mərhələdə Sarıcalı kəndinə 39 ailə - 169 nəfər köçürülüb.

Sarıcalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
 

Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.


Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər. Bununla da Ağdam rayonunun Sarıcalı kəndində, ümumilikdə, 149 ailənin (609 nəfər) qayıdışı təmin olunub.

Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - FOTO - foto 1
Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - FOTO - foto 2
Sarıcalı kəndinə çatan ailələrə mənzillərin açarları təqdim olundu - FOTO - foto 3
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO