Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO

Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO

Hazırda oxunan: Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO
244861
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qusar rayonunda  aprelin 15-i gecə saatlarından başlayaraq aprelin 16-sı gün boyu davam edən leysan yağışının fəsadları aradan qaldırılır. Bu məqsədlə rayon icra hakimiyyəti və rayonun aidiyyəti qurumları tərəfindən tədbirlər davam etdirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirlər çərçivəsində Əniq-Suvacal yolunun sel suları tərəfindən yuyulmuş hissəsi bərpa edilib.

Kəndin ərazisində işlər davam etdirilir. Çiləgir-Urva, Kuzun və Zindanmuruq yolları daş, çınqıl və palçıqdan təmizlənib.

Həzrə-Sudur, Həzrə-Zuxul, Qusar-Əniq-Laza avtomobil yollarının müəyyən hissələrində yaranmış qüsurların aradan qaldırılması, bərpası və qardan təmizlənməsi işləri görülür.
 

Qusarçay çayında çay məcrasının tənzimlənməsi, Gündüzqala kəndində sel suları tərəfindən yuyulması nəticəsində qırılmış 57 mm-lik qaz borusu bərpa olunub. Gədəzeyxur və Köhnə Xudat kəndlərində 4 ev və həyətyanı ərazidən su çəkilərək kənarlaşdırılıb. 60 kənddən 40-da elektrik enerjisinin verilişi bərpa edilib. 


Digər yaşayış məntəqələrində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində də işlər davam etdirilir.






Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 1
Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 2
Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 3
Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 4
Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 5
Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 6
Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 7
Qusarda güclü yağışın fəsadları aradan qaldırılır - FOTO - foto 8

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO