Metronun “İçərişəhər” stansiyası ilə bağlı YENİLİK

Metronun “İçərişəhər” stansiyası ilə bağlı YENİLİK

Hazırda oxunan: Metronun “İçərişəhər” stansiyası ilə bağlı YENİLİK
242802
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bakı metropoliteni” QSC-də qatarların hərəkətinin təşkili prinsiplərinə uyğun olaraq, sonuncu stansiyalarda dalan infrastrukturu və ya dönmə kamerasının olması xüsusi əhəmiyyət kəsb edir.

Buna görə Qırmızı xətdə hərəkətin mümkün ən minimal interval hədlərinə çatdırılması üçün “İçərişəhər” stansiyasının arxasından qatarların geri qaytarılması məqsədilə dönmə kamerasının inşası planlaşdırılıb və müvafiq işlərin aparılması üçün ilkin tədbirlər görülür.

Bizim.Media xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Yaşıl xətdə də funksional fəaliyyət üçün “Xətai” stansiyasından sonra xəttin inşasının davam etdirilməsi üçün nəzərdə tutulmuş 10 stansiyadan 4-ü bu istiqamətdə tikiləcək.
 

Xətlərin ayrılması layihəsi üçün mühüm olan infrastrukturun şərti adı “Y-15” olan stansiyadır. Bu səbəbdən konseptual inkişaf sxemində nəzərdə tutulmuş inşaat işləri müvafiq dalan infrastrukturu ilə təmin edilməsi nəzərdə tutulan “Y-15” stansiyasından başlanaraq, “Xətai” stansiyası istiqamətində aparılacaq.


Bu inşaat sahəsində 8 Noyabr prospektində Nizami Gəncəvi parkının yaxınlığında yerləşən şərti adı “Y-14” olan stansiyanın inşası da tamamlanmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO