“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO

“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO

Hazırda oxunan: “Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO
242645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qax rayon ərazisində, Qanıx çay vadisində yeni Milli Parkın təşkili istiqamətində işlər davam etdirilir.

Bu barədə Bizim.Media-nın yerli bürosuna İlisu Dövlət Təbiət Qoruğunun direktoru Azərçin Muradov məlumat verib.

“YOL - həyat, ömür, rifat, mədəniyyət, zərurət, əlaqə, inteqrasiya, inkişaf, mühafizə, yüksəliş, yardım, hekayə, başlanğıc, gələcək və sondur!” deyən Azərçin Muradov bildirib ki, yeni Milli Parkın salınması stiqamətində işlər sürətlə davam etdirilir.
 

İlk növbədə yollarla bağlı ortaya çıxan zəruri işlər icra olunur. Son günlər ərazində Acınohurdan “Axar-Baxar” istiqamətində quruçay keçidlərinə 5 plastik, Axar-baxar istiqamətində yeni çəkilmiş yolun üzərində isə zəruri olan yerlərdə 6 azbest və 1 metal borular salınaraq hərəkətin intensivliyi və təhlükəsizliyi daha da yaxşılaşdırılıb.


Bununla yanaşı Milli Parkın ərazisində yeni salınmış mədəni meşə əkinləri (Dendro-park) istiqamətinə işlər aparılıb.

Eyni zamanda Qanıx (Alazan) çayından su vurmaq üçün, 250 m su borusu xəttinin çəkilməsi üçün xəndək qazılıb.

“Axar-Baxar” Milli Parkını Mars planetinə bənzədən Azərçin Muradovun ərazidən çəkdiyi fotoları təqdim edirik.

“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 1
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 2
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 3
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 4
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 5
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 6
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 7
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 8
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 9
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 10
“Axar-Baxar” ın yolları qaydasına salınır - FOTO - foto 11

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO