Bakıda QANDONDURAN olay – Ər boşanmaq istəyən arvadının qulağını kəsib

Bakıda QANDONDURAN olay – Ər boşanmaq istəyən arvadının qulağını kəsib

Hazırda oxunan: Bakıda QANDONDURAN olay – Ər boşanmaq istəyən arvadının qulağını kəsib
242547
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.

Bizim.Media xəbər verir ki, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü Bayramova Zəhra Ramiz qızı yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.

Məsələ ilə bağlı TƏBİB-dən soruğumuza cavab olaraq bildirilib ki, 04.04.2025-ci il tarixində saat 17:10 radələrində 1995-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Qulağın kəsilmiş-deşilmiş yarası diaqnozu ilə pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Faktla bağlı araşdırma aparılır. (Gununsesi.info)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO