Qanda xolesterini azaltmaq istəyənlərin diqqətinə: Ən yaxşı yol pəhrizdir

Qanda xolesterini azaltmaq istəyənlərin diqqətinə: Ən yaxşı yol pəhrizdir

Hazırda oxunan: Qanda xolesterini azaltmaq istəyənlərin diqqətinə: Ən yaxşı yol pəhrizdir
241678
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xolesterin bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə LDL-nin, yəni negativ xolesterinin qanda yığılmasıdır. 

Bizim.Media xəbər verir ki, qanda ümumi xolesterin və negativ xolesterinin yüksək olması, HDL (yaxşı) xolesterinin az olması, insan üçün risk amilidir.
 

Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələgəlmə riskini artırır. Diqqətə çatdıraq ki, bu xəstəliyin daşıyıcıları müalicələri ilə bağlı əvvəlcə həkimlərinin təkliflərinə qulaq asmalıdırlar. Qeyd edək ki, Lipid dəyərlərinin aşağı salınmasının ən yaxşı yolu pəhrizdir.


Həyatınızda etdiyiniz dəyişikliklərlə, qatı yağ istehlakının gündəlik kalori ehtiyacınızın 7 %-dən az və xolesterin istehlakının da gündə 200 mg-dan aşağı olmasını təmin etməyiniz lazımdır.

Çəkini azlatmaq, məşq etmək və siqaret çəkməmək də əhəmiyyətlidir.

Lipidi aşağı salan dərmanlar ancaq pəhriz və idman yetərli olmadığı zaman qəbul edilməlidir. Həkimlər tövsiyə edir ki, əsas dərman qrupu statinlər, fibratlar, nikotinik turşular və omega-3 yağ turşularıdır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO