Bakıya qar gəlir? - Martın son günləri belə olacaq

Bakıya qar gəlir? - Martın son günləri belə olacaq

Hazırda oxunan: Bakıya qar gəlir? - Martın son günləri belə olacaq
240782
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mart ayında Bakıda hava şəraiti olduqca qeyri-müəyyən keçdi. Ayın əvvəlində şaxtalı və qar yağışlı günlər müşahidə olundu. Daha sonra temperatur sürətlə yüksələrək, orta günlərdə sanki yay aylarını xatırladan günəşli və mülayim hava hökm sürdü.

Ayın sonuna yaxın isə hava yenidən dəyişkən xarakter aldı – güclü küləklər, ara-sıra yağıntılar və buludlu günlər üstünlük təşkil etməyə başladı.

Bəs martın son günlərində Bakını hansı hava şəraiti gözləyir? Qar yağması mümkündürmü, yoxsa mülayim yaz havası davam edəcək? Mövcud hava proqnozlarına əsasən, ayın son günlərində Bakıda əsasən dəyişkən və küləkli hava gözlənilir.
 

Temperatur gündüz saatlarında 7-19°C arasında dəyişəcək. Martın 24-də yağış və çiskin ehtimalı var, lakin ümumilikdə günlər əsasən mülayim keçəcək. Sinoptiklər Bakıda qar yağma ehtimalını çox aşağı qiymətləndirirlər.


Beləliklə, martın son günlərində Bakı sakinlərini əsasən buludlu, küləkli, bəzi günlərdə isə yağışlı hava gözləyir. Bununla belə, hava şəraitində ani dəyişikliklər mümkündür. (Yenisabah.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO