Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…

Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…

Hazırda oxunan: Tahir Əmiraslanov Fuad Nağıyev haqda: Son 3 ildə mətbəximizə elə zərbə vurdular ki…
238395
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Mənə qarşı olanların eybi yoxdur. Bu 3 ildə Milli Mətbəximizə elə zərbə vurdular ki, 30 ilə çətin düzələ. Hər şeyi ermənılərə verdilər. Bəla bundadır”.

Bizim.Media xəbər verir ku, bu sözləri Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov Dövlət Turizm Agentliyi haqda deyib.

O qeyd edib ki, Fuad Nağıyev və komandası Prezidentin etimadını doğrultmayıb:

"Mətbəxi qorumaq, təbliğ etmək, inkişaf etdirmək üçün ayrılan pulları mətbəximizin əleyhinə yönəltdilər. Prezidentin etimadının, etibarının ən böyük şərəf və məsuliyyət olduğunu unutdular. Bunları pula satdılar.

Bu çox ağrıdıcıdır. Təəssüf edirəm”.

Xatırladaq ki, Rusiyada yaşayan əslən azərbaycanlı, dünya şöhrətli kulinar Stalik Xankişiyev feysbuk hesabındakı paylaşım edib və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Xankişiyev iddia edib ki, Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub. (Azxeber.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO