Gündə 2 stəkan için: Arıqlamağa kömək edir

Gündə 2 stəkan için: Arıqlamağa kömək edir

Hazırda oxunan: Gündə 2 stəkan için: Arıqlamağa kömək edir
237326
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Araşdırmalar nəticəsində məlum olub ki, qazlı su içmək arıqlamağa kömək edir.

Bizim.Media xəbər verir ki, bununla bağlı Yaponiyanın “Tesseikai” Neyrocərrahiyyə Xəstəxanasından professor Akira Takahashi araşdırma aparıb.

Son zamanlar tez-tez tövsiyə edilən qazlı su istehlakının kilo itkisinə təsir edəcək qədər maddələr mübadiləsini sürətləndirdiyi iddia edilib. Bu proses qırmızı qan hüceyrələri tərəfindən qlükoza udulmasını artıraraq qan şəkərinin səviyyəsinin aşağı düşməsinə kömək edir.

Bu, dolayısı ilə bədənin qlükoza istifadəsini yaxşılaşdıraraq kilo itkisini təmin edir. Elm adamları bu təsirlər baxımından qazlı suyun adi sudan daha üstün ola biləcəyini vurğulayırlar.

Tərkibində kalsium və maqnezium kimi minerallar olan qazlı suyu pəhrizdə olarkən yeməkdən yarım saat əvvəl və yarım saat sonra içmək məsləhətdir.

Mütəxəssislər gündə 2 stəkan qazlı su qəbul etməyi məsləhət görürlər ki, bu da həzm sisteminə faydalıdır və yağların yandırılmasına kömək edir.

Araşdırma “BMJ Nutrition, Prevention & Health” jurnalında dərc edilib. (Publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO