Şərikli biznes qurmaq adı ilə aldadıb, 20 min manat MƏNİMSƏDİ

Şərikli biznes qurmaq adı ilə aldadıb, 20 min manat MƏNİMSƏDİ

Hazırda oxunan: Şərikli biznes qurmaq adı ilə aldadıb, 20 min manat MƏNİMSƏDİ
235850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sumqayıt şəhəri və Bakının Xətai rayonunda dələduzluq və oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bizim.Media DİN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhəri ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.

Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 54 yaşlı Ə.Abdullayev müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla həmin şəxsin zərərçəkənin etibarından sui-istifadə edərək onunla şərikli biznes quracağı barədə yalan vədlər verdiyi və onun 20000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirdiyi məlum olub.
 

Bundan başqa, Xətai rayonu ərazisində bir nəfərin bank kartından 7300 manatını oğurlamaqda şübhəli bilinən 36 yaşlı T.Abbasovun saxlanılması da polis əməkdaşları tərəfindən təmin edilib.


Araşdırmalar aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO