Süni intellektlə hazırlanan videolarla bağlı XƏBƏRDARLIQ – İnsanların şəxsi həyatı...

Süni intellektlə hazırlanan videolarla bağlı XƏBƏRDARLIQ – İnsanların şəxsi həyatı...

Hazırda oxunan: Süni intellektlə hazırlanan videolarla bağlı XƏBƏRDARLIQ – İnsanların şəxsi həyatı...
233822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Süni intellektlə hazırlanan videolarla bağlı xəbərdarlıq edilib.

Bizim.Media xəbər verir ki, Anadolu Universiteti Sosial Media və Rəqəmsal Təhlükəsizlik Təhsil, Tətbiq və Araşdırma Mərkəzi (SODİGEM) bu videoların məxfilik prinsipini pozduğu haqda məlumat yayıb.

Bildirilib ki, süni intellekt tətbiqi sosial şəbəkə hesablarında paylaşılan tək foto ilə çox real videolar hazırlaya bilir. Bu da fərdlərin məxfiliyinin pozulması deməkdir. Qeyd edilib ki, tətbiq üz və bədən hərəkətlərini daha təbii və real şəkildə canlandıra bilir.
 

Tətbiq yeniliklərlə yanaşı risklər də daşıyır. Belə ki, "OmniHuman-1” süni intellekt tətbiqi insanların aldadıcı, saxta məzmun yaratmasında vasitəçi ola bilər.


Bu tətbiqin gətirdiyi yenilik və təhlükədən ən çox medianın ziyan gördüyü də qeyd edilib. Belə ki, tətbiq xəbərlərin süni intellektlə müxtəlif dillərdə təqdimatından, arxiv görüntülərinin canlandırılmasına qədər geniş imkanlara malikdir. Ölən aktyorların yenidən filmlərdə rol almasına və iş proseslərinin bir çox fərqli mərhələlərində qənaət təmin edilməsinə, real aktyorlar yerinə modellər, kaskadyorlar və hətta səs aktyorları ilə yaradılan personajların istifadəsinə şərait yarada bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO