Müəllimlərin NƏZƏRİNƏ: 500 nəfər...

Müəllimlərin NƏZƏRİNƏ: 500 nəfər...

Hazırda oxunan: Müəllimlərin NƏZƏRİNƏ: 500 nəfər...
232493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Beş yüz müəllim üçün metodist işləmək şansı yaradılıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Qeyd olunub ki, 2025-26-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün "Müasir metodist" müsabiqəsinə qeydiyyat prosesi davam edir.

Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar:

"Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər "Metodist hazırlığı" təlimlərinə cəlb edilirlər. Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.

2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur. Qeydiyyat üçün son müraciət tarixi 20 fevral 2025-ci ildir".

Əlavə edilib ki, müəllimlər müraciət etmək üçün bu keçidə daxil ola bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO