FAKTİKİ HAVA: Bəzi rayonlara yağış, Altıağaca qar yağır

FAKTİKİ HAVA: Bəzi rayonlara yağış, Altıağaca qar yağır

Hazırda oxunan: FAKTİKİ HAVA: Bəzi rayonlara yağış, Altıağaca qar yağır
231403
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Saat 16:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-нф verilən məlumata görə, Gəncə, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Bərdə, Mingəçevir, Yevlax, Tərtər, Goranboy, Göyçay, Kürdəmir, Sabirabadda arabir yağış, Altıağacda isə qar yağır.

Cənub-şərq küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Altıağacda 25 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Şahdağda 18 m/s, Xaltan və Kəlbəcərdə 17 m/s-yə çatıb.

Naftalan, Daşkəsən, Şəki, Qax, Şəmkir, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10, Aran rayonlarında 9 , Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda isə 3 dərəcəyədək şaxta qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO