Şəkidə baş verən qəzanın TƏFƏRRÜATLARI - FOTO

Şəkidə baş verən qəzanın TƏFƏRRÜATLARI - FOTO

Hazırda oxunan: Şəkidə baş verən qəzanın TƏFƏRRÜATLARI - FOTO
230938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sərt döngəni nəzərə almayan sürücü avtomobildə sürət həddini aşdığından nəticəsi ağır olub.

Bizim.Media-nın yerli bürosu hadisə şahidlərinə istinadən bildirir ki, axşam saatlarında Aşağı Küngüt kəndi ərazisində rayon sakini 45 yaşlı Samir Məmmədovun idarət etdiyi VAZ-2107 markalı avtomobil sürət həddini aşdığından sərt döngədə idarətetməni itirərək qəza törədib.
 

Jiqulu döngədə bir neçə dəfə aşdıqdan sonra yoldan çıxaraq ağaca çırpılıb.


Avtomobildə sürücünün dostu, 41 yaşlı Tural Abbasov da olub. Qəza nəticəsində sürücü yüngül xəsarətlər alsa da dostu müxtəlif dərəcəli bədən xəsarətləri ilə hadisə yerinə çağrılan Təcili Tibbi Yardım briqadasının köməyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Həkimlər yaralıya ilkin tibbi yardım göstərib, müalicə başlanılıb, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Aşağı Küngüt kəndi ərazisində baş verən bu qəza ilə bağlı müvafiq orqan tərəfindən araşdırma başlanılıb.

Şəkidə baş verən qəzanın TƏFƏRRÜATLARI - FOTO - foto 1
Şəkidə baş verən qəzanın TƏFƏRRÜATLARI - FOTO - foto 2
Şəkidə baş verən qəzanın TƏFƏRRÜATLARI - FOTO - foto 3


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO