Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata DANIŞDI

Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata DANIŞDI

Hazırda oxunan: Bakıda 6 yaşlı ögey oğluna işğəncə verən ata DANIŞDI
230654
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda azyaşlı uşağı xüsusi amansızlıqla öldürmək istəyən ögey atanın məhkəməsi başlayıb.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Rəşad İsmayılovun anket məlumatları dəqiqləşdirilib.

Prokuror işin baxışa verilməsini təklif edib.

Bu məqamda təqsirləndirilən şəxs bildirib ki, o, ittiham aktını oxumayıb və ona görə də, ona qarşı irəli sürülən ittihamla tanış olmaq istəyir.

Məhkəmə bu səbəbdən fevralın 3-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Türkan qəsəbəsində baş verib.

Belə ki, Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan bir qadın polisə şikayət edərək tanışı Rəşad adlı şəxsin gecə saatlarında onun 6 yaşlı oğlunu yuxudan oyadaraq heç bir səbəb göstərmədən əziyyət verdiyini və müxtəlif bədən xəsarətləri yetirdiyini bildirib.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində azyaşlını incidən 1987-ci il təvəllüdlü Rəşad İsmayılov saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO