İnsanlar “AccessBank”dakı pullarını geri götürürlər — HESABAT

İnsanlar “AccessBank”dakı pullarını geri götürürlər — HESABAT

Hazırda oxunan: İnsanlar “AccessBank”dakı pullarını geri götürürlər — HESABAT
230517
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“AccessBank” depozit topladığı müştərilərini itirib. Bankın açıqladığı hesabata görə 2024-cü ilin son rübündə bankın depozit portfeli 25 milyon 92 min manat və ya 2.39 faiz azalaraq 1 milyard 26 milyon manata enib. Bu azalmada əsas pay fiziki şəxslərin bankdakı əmanətlərinin üzərinə düşüb. Belə ki, onların əmanətləri 1 il ərzində 34 milyon 984 min manat azalaraq 807 milyon 482 min manata düşüb. Buna baxmayaraq hüquqi şəxslərin depozitləri 9 milyon 892 min manat artaraq 219 milyon manata çatıb. Nəticədə bankın depozit portfeli kiçilib.

Bizim.Media kommersant.az-a istinadən xəbər verir ki, digər öhdəliklərini 52 milyon 102 min manat artıraraq 48 milyon 908 min manata çatdıran bank öhdəliklər cəmini mənfiyə düşməkdən xilas edib.

“AccessBank” eyni zamanda kredit təşkilatları və digər maliyyə insitutlarına olan öhdəliyini 53 milyon 330 min manat artıraraq öhdəliklər cəmini müsbətə çıxarıb. Bankın öhdəliklər cəmi 1 il ərzində 48 milyon 964 min manat artaraq 1 milyard 304 milyon manata yüksəlib.

Ümumilikdə depozitlərin azalması və digər maliyyə öhdəliklərinin artması bankın maliyyələşmə mənbələrində müəyyən dəyişikliklərə getdiyini göstərir. Bu tendensiyanın gələcəkdə bankın likvidliyi və maliyyə dayanıqlığına necə təsir edəcəyi sual altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO