"Bir qrup insan adımızdan istifadə edir" - Qarabağ qaziləri

Hazırda oxunan: "Bir qrup insan adımızdan istifadə edir" - Qarabağ qaziləri
23046
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Müəyyən bir qrup insanlar var ki, onlar öz şəxsi mənafeləri üçün "Qarabağ qaziləri" ictimai birliyi adından istifadə edərək, qeyri-qanuni yolla idarə və təşkilatlara təzyiqlər göstərir, xoşagəlməz hadisələr törədirlər. Bu kimi halları, qanusuzluqları pisləyirik”. 

Bizim.Media xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" İctimai Birliyinin yaydığı açıqlamada deyilir.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ qaziləri Milli Məclisə müraciət edib – “Azərsığorta” “qan pulu”nu niyə vermir? 


Açıqlamada bildirilir ki, yayılan məlumatlara görə, başqa-başqa təşkilat rəhbərləri özlərini "Qarabağ qaziləri" İctimai Birliyinin sədri və ya başqa səlahiyyətli nümayəndəsi kimi təqdim edirlər:

"Qarabağ qaziləri" ictimai birliyi rəsmən bəyan edir ki, bu qanunsuz hərəkətləri törədənlərin birliyə heç bir aidiyyəti yoxdur.

"Qarabağ qaziləri" birliyinin sədri Qarabağ qazisi Asəf Əliyevdir. Onun rəhbərliyi altında "Qarabağ qaziləri" birliyi torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə öz sağlamlıqlarını itirmiş müharibə əlillərinin sosial-iqtisadi vəziyyətini, maddi rifahlarının yaxşılaşdırılması və hüquqlarının qorunması istiqamətində çalışan ictimai təşkilatdır. Bu istiqamətdə də öz fəaliyyətini davam etdirir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO