Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı – FOTO

Hazırda oxunan: Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı – FOTO
230315
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıdakı şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb.

Bizim.Media xəbər verir ki, Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, paytaxtın Sabunçu rayonu, Sülh küçəsi, ev 4D ünvanında fəaliyyət göstərən “Bəyaz” şadlıq sarayında yoxlama aparılıb.
 

Müəssisədə yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ tələblərin pozulması faktları müəyyən edilib. Qida təhlükəsizliyi reyestrindən çıxarışı olmadan fəaliyyət göstərən müəssisədə aşkar saxtalaşdırma əlamətləri olan 62 ədəd hər biri 700 ml “Organic” əmtəə nişanlı premium araqlarının satışının həyata keçirildiyi məlum olub. Həmin məhsulların üzərində qanunvericiliyə uyğun olaraq tam, dolğun şəkildə markalanma aparılmayıb.


Uyğunsuzluq aşkarlanan məhsullardan nümunələr götürülüb, sınaqların aparılması məqsədi ilə laboratoriyaya təqdim edilib. Agentliyin əməkdaşları saxta, istifadəyə yararsız məhsulların satışının qarşısını alaraq dövriyyədən çıxarıb.

Faktla bağlı müvafiq tədbirlər görülüb, araşdırmalar davam etdirilir.

Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı – FOTO - foto 1
Bakıda məşhur şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlandı – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO