Həmyaşıdını qətlə yetirən gəncə hökm OXUNDU - VİDEO

Həmyaşıdını qətlə yetirən gəncə hökm OXUNDU - VİDEO

Hazırda oxunan: Həmyaşıdını qətlə yetirən gəncə hökm OXUNDU - VİDEO
230095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda həmyaşıdı Rəşid İmanovu qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media report.az-a xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Hökmə əsasən, o, 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



Xatırladaq ki, hadisə 2024-cü il iyunun 14-də Bakının Sabunçu rayonu ərazisində baş verib.

İttihama görə, 2006-cı il təvəllüdlü Rəhim Əsədov rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı intim əlaqədə olduğu Rəşid İmanova bıçaqla xəsarət yetirərək öldürüb.

Belə ki, Rəhim Əsədov ifadəsində Rəşid İmanovda "İnstagram"da tanış olduğunu və onun cinsi azlıq nümayəndəsi olduğunu bildirilib.

O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə təqsirli bilinib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO