7 yaşlı bacısı oğlunu öldürən çobana AĞIR CƏZA verildi

7 yaşlı bacısı oğlunu öldürən çobana AĞIR CƏZA verildi

Hazırda oxunan: 7 yaşlı bacısı oğlunu öldürən çobana AĞIR CƏZA verildi
229225
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağcabədidə azyaşlı bacısı oğlunu öldürməkdə təqsirləndirilən Natiq Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Natiq Babayev 18 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 9-da Ağcabədi rayonunda baş verib.

Fermada çoban işləyən 39 yaşlı Natiq Babayev otlaq sahəsində bacısı oğlu 7 yaşlı Anar Əhmədovun başına ağacla bir neçə dəfə zərbə vurub.

Azyaşlı aldığı xəsarətlərdən ölüb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO