Xəzər dənizində balıqların sayı azalır - VİDEO

Xəzər dənizində balıqların sayı azalır - VİDEO

Hazırda oxunan: Xəzər dənizində balıqların sayı azalır - VİDEO
228622
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda süni balıq göllərinin sayı artıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, mövzuya Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev münasibət bildirib.
 

O deyib ki, suni balıq göllərinin sayının artmasının əsas səbəbi daxili su hövzələrində balıqların sayının kəskin azalmasıdır.


Təkcə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində 10 ildən çoxdur ki, balıqların sayı azalmağa doğru gedir. Bu isə yerli bazarda daxili tələbatı qarşılamaq üçün balıqçılıq təsərrüfatlarının artması ilə nəticələnir.

Əfqan Əliyevin sözlərinə görə, bu təsərrüfatla məşğul olan sahibkarlar əvvəllər ancaq kəmiyyət üçün çalışırdılar: "Lakin indi vətəndaşların "danba balığıdır" deyiminə görə təsərrüfat sahibləri daha keyfiyyətli balıq artırırlar".

O, qeyd edib ki, qarşıdakı müddətdə təbii su hövzələrində də balıqların yenidən artımı gözlənilir. Təkcə ötən il Balıqçılar İttifaqı tərəfindən su hövzələrinə 300 mindən çox balıq buraxılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO