Qubada qadın işdən çıxmasını istəyən ərini həbs etdirdi

Qubada qadın işdən çıxmasını istəyən ərini həbs etdirdi

Hazırda oxunan: Qubada qadın işdən çıxmasını istəyən ərini həbs etdirdi
228076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubada 45 yaşlı kişi arvadının şikayəti əsasında həbsə göndərilib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, ailə üzvləri arasında mübahisə E.Kərimovun arvadından işdən çıxmasını tələb etməsi ilə başlayıb.
 

O, sonradan sərxoş vəziyyətdə həyat yoldaşını küçədə nalayiq sözlərlə təhqir edib.


Səs-küyə gələn polis əməkdaşları E.Kərimovu şöbəyə aparıblar. Onun barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.

İnzibati qaydada tutulan şəxs əməlindən peşman olduğunu dilə gətirib, yüngül tənbeh edilməsini istəyib.

Amma arvadı onu təhqir edən ərinə qarşı şikayətindən imtina etməyib. Hakimə ərinin onu dəfələrlə təhqir etdiyini deyib.

Məhkəmin qərarı ilə E.Kərimov xırda xuliqanlıqda təqsirli bilinərək inzibati qaydada 5 günlük həbs edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO