Bu rayonun Polis İdarəsi yeni ünvanda - FOTO/VİDEO

Bu rayonun Polis İdarəsi yeni ünvanda - FOTO/VİDEO

Hazırda oxunan: Bu rayonun Polis İdarəsi yeni ünvanda - FOTO/VİDEO
227910
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Nərimanov Rayon Polis İdarəsinin yeni inzibati binası istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, polis idarəsinin yeni binasının inşaat işləri müasir standartlara uyğun aparılıb.

Xidməti və yardımçı otaqlar elmi-texniki yeniliklərə əsaslanan zəruri avadanlıq, kompüter sistemi, inventarlarla təmin olunub və burada əməkdaşların xidməti səmərəli təşkil etmələri üçün hər bir şərait yaradılıb.

Yeni inşa edilən beş mərtəbəli inzibati binada iş və iclas otaqları, akt zalı, yeməkxana kompleksi, eləcə də məişət, təsərrüfat, texniki və digər otaqlar yerləşdirilib.

Binada şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müasir avadanlıqlarla təchiz olunmuş idman zalı da istifadəyə verilib.

Bildirilib ki, istifadəyə verilən növbəti infrastrukur insanlara keyfiyyətli və səmərəli xidmətin daha da genişlənməsinə şərait yaradacaq.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO