AZAL-ın Kazan-Bakı reysinin vaxtı müəyyənləşdi

AZAL-ın Kazan-Bakı reysinin vaxtı müəyyənləşdi

Hazırda oxunan: AZAL-ın Kazan-Bakı reysinin vaxtı müəyyənləşdi
227597
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Hava Yolları” aviaşirkəti Kazan Beynəlxalq Hava Limanından dekabrın 28-də yerli vaxtla saat 23:15-də yola düşməli olan J2 8576 saylı Bakı reysini ləğv edib.

Bizim.Media "Kommersant"a istinadən xəbər verir ki, bu barədə məlumat Kazan Hava Limanının onlayn tablosunda əks edilib.

Reysin ləğv edilməsinin səbəbləri açıqlanmayıb.
 

Kazan Hava Limanının onlayn tablosunda növbəti reysin dekabrın 30-na təyin edildiyi qeyd olunur.


Onlayn tablonun məlumatına əsasən, təyyarə Tatarıstan paytaxtından saat 23:15-də uçmalı və 31 dekabr saat 02:15-də eniş etməlidir.

Kazan Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarı ilə uçuşların dayandırıldığı 10 Rusiya şəhəri siyahısına (Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijni Novqorod, Vladiqafqaz) daxil deyil. Qərar bu istiqamətlərdə uçuşlar həyata keçirən bütün aviaşirkətlərə şamil edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO