Aktaudakı qəzada təyyarədə olanlardan biri də 24 yaşlı Ağdaş sakinidir - FOTO/VİDEO

Aktaudakı qəzada təyyarədə olanlardan biri də 24 yaşlı Ağdaş sakinidir - FOTO/VİDEO

Hazırda oxunan: Aktaudakı qəzada təyyarədə olanlardan biri də 24 yaşlı Ağdaş sakinidir - FOTO/VİDEO
227056
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dekabr ayının 24-də səhər saatlarında Qazaxıstanın Aktau şəhərində Azərbaycan hava yollarına aid təyyarənin qəzaya uğraması zamanı sərnişinlər arasında olanlardan biri də Ağdaşın Ərəb kənd sakini 24 yaşlı İsmayılov Həbib İbrahim oğludur.

Bizim.Media-nın Aran bürosu Həbib İsmayılovun Ərəb kəndində ailəsi ilə görüşüb və onların təəssüratlarını bölüşüb.

Həbibin anası Bizim.Media-nın yerli bürosuna bildirib ki, oğlu ilə uçuşdan əvvəl danışıb:
 

“Hər şeyin yaxşı olduğunu bildirdi. Birinci dəfə idi ki, xaricə işləməyə gedirdi. Dostları bir müddət əvvəl zəng etmişdilər ki, “yaxşı iş var, gəl”, o da getdi. Sonra mənə zəng gəldi hadisə ilə bağlı, ondan sonra məlumatım oldu.

 

Qardaşını bu gün Bakıya çağırdılar analiz götürmək üçün o da getdi. İki oğlum var Həbib böyük oğlumdur, həm də subaydır. Hazırda heç bir xəbər ala bilməmişik və xəbər gözləyirik”. 







Aktaudakı qəzada təyyarədə olanlardan biri də 24 yaşlı Ağdaş sakinidir - FOTO/VİDEO - foto 1
Aktaudakı qəzada təyyarədə olanlardan biri də 24 yaşlı Ağdaş sakinidir - FOTO/VİDEO - foto 2

Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO