Meşə fondu torpaqlarında 35 mindən çox ağac əkildi - FOTO

Meşə fondu torpaqlarında 35 mindən çox ağac əkildi - FOTO

Hazırda oxunan: Meşə fondu torpaqlarında 35 mindən çox ağac əkildi - FOTO
226364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Regionları əhatə edən meşəbərpa tədbirləri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Şabran və Quba rayonlarında keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakı-Quba magistral avtomobil yolunun dağ massivində salınmış terraslarda, eləcə də Quba rayonunun meşə fondu ərazilərində, ümumilikdə, 5000-dən çox müxtəlif növ ağac tingi əkilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Ramik Əşrəfov bildirib ki, meşəbərpa tədbirləri, eyni zamanda, Sabirabad, Şabran, Tovuz, Şamaxı, Şəki, Zaqatala, Lənkəran, Şəmkir, Göygöl, Qəbələ rayonlarının meşə fondu torpaqlarında da aparılıb, gün ərzində meşə fondu torpaqlarında, ümumilikdə, 35 min ədəd müxtəlif növ ağac tingi əkilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO