
- A-
- A
- A+
Cəmiyyət
20:41 / 21.12.2024
1 dəq oxunma
Lənkəranda 2 mərtəbəli ev YANDI
Hazırda oxunan: Lənkəranda 2 mərtəbəli ev YANDI
226356
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən 2 mərtəbəli yaşayış evində yanğın baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yanğın axşam saatlarında Səxavət Rzayevə məxsus evdə qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olduqdan dərhal sonra hadisə yerinə iki texnika və şəxsi heyət cəlb edilib.
360 kvadratmetr sahəsi olan evin dam örtüyü və ikinci mərtəbəsində bir otaq yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb və binanın digər hissələri yanğından mühafizə olunub.
Hadisə yerində yanğın tam lokallaşdırılıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































