Bakının məşhur bazarı SÖKÜLÜR - VİDEO

Bakının məşhur bazarı SÖKÜLÜR - VİDEO

Hazırda oxunan: Bakının məşhur bazarı SÖKÜLÜR - VİDEO
225974
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Keşlə” bazarında fəaliyyət göstərən icarədarlara yanvarın 1-nə qədər bazarı tərk etmələri bildirilib.

Bizim.Media xəbər verir ki, bazarda fəaliyyət göstərən icarədarlar verilən qərardan narazıdırlar. Onlar 13 gün müddətin bazardan çıxmaq üçün kifayət etməyəcəyini bildirir və bu müddətin ən azı 4 ay uzadılmasını istəyirlər.

İcarədarlar deyirlər ki, 4-5 ay öncədən bazarın yeni ildə söküləcəyinə dair məlumat verilsəydi, satmaq üçün əlavə mal almazdılar, həmçinin əllərindəki malları da satıb qurtarmış olardılar.


"Keşlə" bazarının ərazisinə nəzarət edən şəxs bildirdi ki, onlara da məlumat elə ötən gün verilib.


Məsələ ilə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, bazar rəhbərliyinə aprel ayından bəri bir neçə dəfə ərazinin boşaldılması ilə bağlı tapşırıq verilib. Rəhbərlik özü məsələni gecikdirib. Son xəbərdarlıq isə yaxın zamanda edilib. Ərazi qısa müddətə boşaldılmalıdır ki, tikinti başlasın.

"Xəzər TV"nin videomaterialını təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO