
- A-
- A
- A+
Cəmiyyət
14:11 / 11.12.2024
1 dəq oxunma
Gəncənin tez-tez qəza olan bu küçəsində növbəti HADİSƏ – FOTO/VİDEO
Hazırda oxunan: Gəncənin tez-tez qəza olan bu küçəsində növbəti HADİSƏ – FOTO/VİDEO
224770
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gəncədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.
Hadisə şahidi Anar Namazovun bildirdiyinə görə Ozan küçəsi ilə hərəkət edən “Audi” markalı maşın Xudadat Rəfibəyli küçəsindən gələn “Hundai Santafe” markalı avtomobillə toqquşub:
"Bu küçədə və bu kəsişmədə tez tez qəzalar olur. Çünki burada yollarda kəsişmələrin görüntüsü olmadığından sürücülərdə çaşqınlıq yaranır. İndi də əsas yol “Audi” markalı maşının idi. Amma kəsişmədən gələn maşının sürücüsü yolu görmədi və qəza baş verdi" - deyə hadisə şahidi əlavə edib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































