Lerikdə iri qaya parçası yola düşdü: Nəqliyyatın hərəkəti dayandı

Lerikdə iri qaya parçası yola düşdü: Nəqliyyatın hərəkəti dayandı

Hazırda oxunan: Lerikdə iri qaya parçası yola düşdü: Nəqliyyatın hərəkəti dayandı
224717
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lerikdə iri qaya parçası yola düşüb.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Lerik rayonunun ucqar dağ kəndi olan Dico kəndində iri qaya parçası yola düşüb. Nəticədə Lerik-Piran-Veri-Dico kənd yolu bağlanıb, nəqliyyatın hərəkətində problem yaranıb.

Kənd ərazi icra nümayəndəsi Bəyəli Bədəlov hadisəni təsdiqləyib: "Dico kənd sakinlərinin rayonla daha qısa yolu Veri-Dico yolu bağlanıb. Sakinlər digər yol olan Tikaband-Hücü-Dico yolundan istifadə edirlər. Bu da əsas yoldan bir az uzaq olur. Məsələ ilə bağlı aidiyyəti orqanlar məlumatlandırılıb. Yolsuzluq şəraitinə görə, əraziyə ağır texnikalar çıxa bilmir. Qaya parçasını yoldan götürmək üçün digər alternativ variantlar nəzərdən keçirilir".

Qeyd edək ki, hazırda Dico kəndində 10-a yaxın ailə yaşayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO