Xırdalan-Saray yolunda qəza: Qadın öldü, ərinin vəziyyəti ağırdır

Xırdalan-Saray yolunda qəza: Qadın öldü, ərinin vəziyyəti ağırdır

Hazırda oxunan: Xırdalan-Saray yolunda qəza: Qadın öldü, ərinin vəziyyəti ağırdır

223825

Bu gecə Xırdalan-Saray yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

Xatırladaq ki, 4 dekabr saat 19:00-da Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (bir kişi, bir qadın cinsli) hospitalizasiya olunub.

"Tibbi personal tərəfindən edilən bütün zəruri müdaxilələrə baxmayaraq, aqonal vəziyyət, travmatik, hemorragik şok diaqnozları təyin edilən 1972-ci il təvəllüdlü qadın cinsli şəxsin ölüm faktı qeydə alınıb.

Bud sümüyünün sınığı diaqnozu təyin edilən 1968-ci il təvəllüdlü kişi cinsli şəxs isə Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO