AzTV-nin keçmiş sədri vəfat etdi - FOTO

AzTV-nin keçmiş sədri vəfat etdi - FOTO

Hazırda oxunan: AzTV-nin keçmiş sədri vəfat etdi - FOTO
22369
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AzTV-nin keçmiş sədri, filologiya elmləri doktoru, professor Nizami Xudiyev vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat verib. 

Bildirilib ki, bir müddət əvvəl koronavirusdan sağalan N. Xudiyev bu gün dünyasını dəyişib.

Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.

Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatı, 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləyib. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, Milli Məclisinin deputatı olub.

Üç övladı var.

Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Bizim.Media

AzTV-nin keçmiş sədri vəfat etdi - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO